İsrail F-35 satışına şərt qoydu
İsrail hakimiyyəti ABŞ-nin F-35 qırıcılarını Səudiyyə Ərəbistanına yalnız İsrail–Səudiyyə Ərəbistanı münasibətləri normallaşacağı təqdirdə satmasını istəyir.
Bu barədə Crossmedia.az Axios-a istinadən xəbər verir.
İsrailli rəsmilər bildiriblər ki, diplomatik güzəştsiz F-35 təyyarələrinin Ər-Riyada verilməsi “səhv və zərərli addım” olar.
Qeyd olunur ki, hazırda F-35 qırıcılarına sahib olan yeganə regional ölkə İsraildir.
Türkanə Məşədiyeva
19:00 16.11.2025
Oxunuş sayı: 1283