Xətibzadə: ABŞ ilə danışıqlar hazırkı şəraitdə “silahlı danışıqlar” olacaq
Bu gün İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib ki, İran hökuməti son aylarda bölgədəki müharibənin qarşısını almaq üçün bütün imkanlardan istifadə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Tehran hər zaman ali rəhbərin göstərişləri çərçivəsində dialoqa hazır olduğunu açıqlayıb.
Xətibzadə qeyd edib ki, ABŞ ilə mümkün danışıqlar yalnız elan olunmuş şərtlər daxilində aparıla bilər və hazırkı vəziyyətdə bu cür danışıqlar “silahlı danışıqlar” xarakteri daşıyacaq.
O, İranın qarşı tərəfə etibar etmədiyini vurğulayaraq, belə bir müzakirənin ciddi risklər və güc balansı fonunda baş tutacağını bildirib.
17:48 16.11.2025
Oxunuş sayı: 1463