Misirin XİN rəhbəri, iranlı həmkarı və AEBA-nın direktoru arasında telefon danışığı olub
Misirin XİN rəhbəri, iranlı həmkarı və AEBA-nın direktoru arasında telefon danışığı olub
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu gün Misir Xarici İşlər Nazirliyi bildirib ki, ölkənin xarici işlər naziri Bədr Əbdülati İranın xarici işlər naziri Abbas Əraqçı və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi ilə ayrıca telefon danışıqları aparıb.
Danışıqlarda İranın nüvə proqramı və bölgədəki son proseslər müzakirə edilib.
Nazirliyin açıqlamasına görə, Misir tərəfi İranın nüvə məsələsinin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb və bu istiqamətdə səylərin davam etdirilməsini zəruri sayıb.
17:42 16.11.2025
Oxunuş sayı: 1349