İsrail XİN rəhbəri: İran təkcə Yaxın Şərq üçün deyil, həm də qlobal sülh və azad ticarət üçün təhdiddir
SEPAH tərəfindən Marşal adaları bayrağı altında üzən beynəlxalq neft tankerinin qaçırılmasının rəsmi təsdiqindən sonra İslam Respublikasına qarşı qlobal reaksiyalar güclənib.
Crossmedia.az-ın məlumatına görə, İsrailin xarici işlər naziri Gideon Saar "X" sosial şəbəkəsindəki paylaşımında bu hərəkəti "dövlət dəniz quldurluğunun" aydın əlaməti kimi xarakterizə edib.
O, vurğulayıb ki, İslam Respublikası Yəməndəki muzdluları kimi, dəniz yollarının təhlükəsizliyini təhdid etməklə qlobal ticarət qaydalarını təhlükəyə atır.
12:03 16.11.2025
Oxunuş sayı: 1340