Moldovaya girişinə icazə verilməyən 40-dan çox azərbaycanlı tələbə ölkəyə qaytarılacaq - RƏSMİ
Moldovaya girişinə icazə verilməyən 40-dan çox azərbaycanlı tələbə ölkəyə qaytarılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, Azərbaycanın Moldovadakı Səfirliyi məsələ barədə məlumatlıdır və qeyd edilən gənclərə hər bir dəstək göstərilib:
"Ancaq Moldova tərəfi onların universitetə qəbul sənədləri qaydasında olmadığı üçün ölkəyə girişinə icazə verməyib. Onlar ölkəmizə geri qaytarılacaq". (Report)
11:59 13.11.2025
Oxunuş sayı: 1641