Təyyarə qəzasında şəhid olan türk əsgəri atasına Azərbaycan çayı aparırmış
Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 hərbi təyyarə qəzasında həyatını itirən Türkiyə Hərbi Hava Qüvvələrinin aviatexniki xidmət serjantı Berkay Karaca atasına Azərbaycan çayı aparırmış.
Crossmedia.az xəbər verir ki, mərhumun atası Nedim Karaca oğlunun ölümündən bir gün əvvəl onunla son dəfə telefonla danışdıqlarını deyib:
“Zəng edib dedi ki, Azərbaycandan bizə hədiyyələr alıb. Gülərək söylədi: ‘Ata, bilirəm, çayı çox sevirsən, sənə Azərbaycan çayı aldım’. Sonra əlavə etdi: ‘Bir qrup artıq yola düşüb, biz də yaxın vaxtda uçacağıq’. Amma o, bir daha dönmədi…”
Atasının sözlərinə görə, Berkay Karaca anasına da vətənpərvərlik dolu sözlər söyləyib:
“Ana, əgər mən şəhid olsam, ‘Yaşasın Vətən!’ deyəcəksən. Güclü ol, ağlama başını dik tut”.
Türkanə Məşədiyeva
11:32 13.11.2025
Oxunuş sayı: 1542