İlham Əliyev Mərkəzi Asiya liderlərinin sammitində iştirak edəcək
16 noyabrda Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə yüksək səviyyəli görüş keçiriləcək.
Tədbir çərçivəsində Mərkəzi Asiya dövlət başçıları və Prezident İlham Əliyevin qatıldığı Məşvərət görüşü baş tutacaq.
Crossmedia.az xəbər verir ki, görüşdə region ölkələri arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və mədəni əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Prezident İlham Əliyev tədbirdə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə iştirak edəcək. Görüşün əsas məqsədi region dövlətləri arasında əlaqələrin dərinləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın yeni mərhələyə qaldırılmasıdır.
Türkanə Məşədiyeva
11:22 13.11.2025
Oxunuş sayı: 1535