Azərbaycan ABŞ-nin Pensilvaniya ştatında səyyar konsulluq xidməti təşkil edib
Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən ABŞ-nin Pensilvaniya ştatında səyyar konsulluq xidməti təşkil olunub.
Crossmedia.az xəbər verir ki, səyyar xidmət Pensilvaniya və ətraf ştatlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulub.
Filadelfiya şəhərində yaradılan qərargahda səyyar konsulluq xidməti çərçivəsində 20-dən çox vətəndaş müxtəlif konsulluq xidmətlərindən yararlanıb.
Onlar ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı və notariat hərəkətləri ilə bağlı müraciət ediblər.
Səyyar konsulluq xidmətinin əsas məqsədi ABŞ-də yaşayan həmvətənlərin konsulluq xidmətlərinə əlçatanlığını artırmaq və prosedurların daha operativ şəkildə həyata keçirilməsini təmin etməkdir.
Qeyd edək ki, ABŞ-də səyyar konsulluq xidməti ilk dəfə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin təşəbbüsü ilə təşkil edilib. Ənənəvi konsulluq xidmətləri artıq bir neçə ildir ki, ABŞ-nin müxtəlif şəhər və ştatlarında (Nyu-York, Texas, İllinoys, Massaçusets və s.) həyata keçirilir.(Report)
18:28 12.11.2025
Oxunuş sayı: 1775