XİN Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Xarici İşlər Nazirliyi Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.
"Bu gün – 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Azərbaycan Konstitusiyası müstəqilliyimizin, dövlətimizin suverenliyinin və milli birliyimizin rəmzidir. Bu əlamətdar gün münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir, dövlətçiliyimizə və azadlığımıza daim sədaqət arzulayırıq. Konstitusiya və suverenlik ilimiz mübarək!", - paylaşımda qeyd olunub.

09:47 12.11.2025
Oxunuş sayı: 1679