Nümayəndəlik: Azərbaycan-NATO tərəfdaşlığının müsbət inkişafından məmnunuq
Azərbaycan NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə alyansın baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruqe ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" hesabında yazılıb.
Qeyd olunub ki, görüş çərçivəsində noyabrın 6-7-də alyansın Türkiyənin müxtəlif ölkələrdən - Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex Respublikası, Portuqaliya, İspaniya, ABŞ və Fransadan olan səfirlərinin Azərbaycana ilk səfərinin uğurlu nəticəsi barədə baş katibin müavininə məlumat verilib.
"Azərbaycan-NATO tərəfdaşlığının müsbət inkişafından məmnunuq", - paylaşımda bildirilib.
18:37 11.11.2025
Oxunuş sayı: 1095