Türkiyə Müdafiə Nazirliyi təyyarə qəzası ilə bağlı açıqlama yaydlı
Milli Müdafiə Nazirliyi (MSB) Azərbaycandan Türkiyəyə uçan C130 yük təyyarəsinin Gürcüstanda qəzaya uğradığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, MSB-nin sosial media hesabında yayılan məlumatda bildirilir ki, “Azərbaycandan ölkəmizə uçan C130 yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb. Bu barədə ictimaiyyətə hörmətlə məlumat verilir”.
16:52 11.11.2025
Oxunuş sayı: 4360