Bakıda keçirilən Qələbə Paradına bəzi diplomatik nümayəndələr qatılmayıb
Bakıda keçirilən Qələbə Paradı diplomatik korpusun da diqqət mərkəzində olub. Tədbirə müxtəlif ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunsalar da, onların hamısı iştirak etməyib.
Crossmedia.az xəbər verir ki, Qələbə Paradında diplomatların iştirakı müxtəlif səbəblərdən fərqli şəkildə olub.
Bildirilir ki, Almaniya, Latviya və İsveçrə səfirləri üzrlü səbəblərə görə mərasimdə iştirak edə bilməyiblər – onlar həmin vaxt Azərbaycan ərazisindən kənarda olublar. Avropa Şurasının nümayəndəsi isə eyni saatlarda əvvəlcədən planlaşdırılmış görüş keçirirmiş.
Məlumata əsasən, Yunanıstan səfiri Bakını tərk etməyə hazırlaşdığı üçün əşyalarını yığmaqla məşğul olub, Portuqaliya səfiri isə artıq diplomatik missiyasını başa vurub.
Eyni zamanda, Fransanın səfiri, Avropa İttifaqı nümayəndəsi, Belçika, Litva, Avstriya və Niderland səfirliklərinin rəhbərləri dəvəti görməzdən gəlib, yəni mərasimə qatılmayıblar. Parad zamanı ÜST və BMT kimi beynəlxalq qurumların nümayəndələri də iştirak etməyiblər.
Qeyd olunur ki, İspaniya və Estoniya səfirləri dəvətə yalnız Parad ərəfəsi - gec saatlarda cavab veriblər, lakin həmin vaxt artıq yerlər əvvəlcədən bölüşdürülmüşdü.
19:46 10.11.2025
Oxunuş sayı: 1232