Bratislava yaxınlığında qatar qəzası: 79 nəfər xəsarət alıb
Slovakiyanın paytaxtı Bratislava yaxınlığında qatarların toqquşması nəticəsində xəsarət alanların sayı 79 nəfərə çatıb. Crossmedia.az xəbər verir ki, bu barədə TASR xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, yaralılardan üçünün vəziyyəti ağır, 60 nəfərin isə yüngüldür. Hadisə nəticəsində xəsarət alanların hamısı xəstəxanalara yerləşdirilib.
İlkin versiyaya əsasən, qəzanın səbəbi sürücülərdən birinin dayanma siqnalını görməməsi və diqqətsizlik olub. Hadisə ilə bağlı araşdırma aparılır.
Türkan Kərimli
15:08 10.11.2025
Oxunuş sayı: 1311