Rusiya və Hindistan əmək miqrasiyasına dair saziş imzalamağa hazırlaşır
Rusiya və Hindistan arasında əmək miqrasiyasına dair yeni sazişin imzalanması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Economic Times” nəşri məlumat yayıb.
Məlumata görə, sənədin bu ilin dekabrında keçiriləcək Rusiya–Hindistan sammiti çərçivəsində imzalanması gözlənilir.
Sazişin məqsədi yaxın illərdə Hindistan vətəndaşlarının Rusiyada işləməsinə və əmək bazarında iştirakının mərhələli şəkildə artırılmasına şərait yaratmaqdır.
Ekspertlərin fikrincə, bu addım iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına və əmək resurslarının qarşılıqlı mübadiləsinə təkan verəcək.
Türkan Kərimli
13:05 10.11.2025
Oxunuş sayı: 1333