Yaponiyada güclü zəlzələ ehtimalı barədə xəbərdarlıq edilib
Yaponiyada noyabrın 9-da 6,9 bal gücündə yeraltı təkan qeydə alınan bölgədə yaxın bir həftə ərzində yeni güclü zəlzələnin baş verməsi mümkündür.
Crossmedia.az xəbər verir ki, yaponiyalı seysmoloqların proqnozuna əsasən, yaxın günlərdə oxşar gücdə yeni bir zəlzələ baş verə bilər. Bu səbəbdən yerli sakinlərə ehtiyatlı və diqqətli olmaları tövsiyə olunur.
11:33 10.11.2025
Oxunuş sayı: 1172