Maduro: Karib hövzəsi “sülh zonası” elan edilməlidir
Venesuela Prezidenti Nikolas Maduro Latın Amerikası və Karib hövzəsinin “sülh zonası” elan edilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Santa Marta şəhərində keçirilən CELAC–Avropa İttifaqı sammitində çıxışı zamanı bildirib.
Maduro, həmçinin, ABŞ-nin bölgədəki hərbi mövcudluğunun artmasını pisləyərək Karib dənizinin hərbiləşdirilməsinə qarşı çıxıb. Onun sözlərinə görə, ABŞ-nin bölgəyə 16 minə yaxın hərbçi göndərməsi və dənizdə hədəflərə zərbələr endirməsi “qəbuledilməz gərginlik yaradır”.
Məlumata görə, sammit ABŞ-nin sanksiyalarından sonra gərgin şəraitdə keçirilir. Kolumbiya Prezidenti Qustavo Petronun BMT-dəki çıxışından sonra tətbiq edilən sanksiyalar səbəbindən bir sıra Avropa İttifaqı liderləri tədbirə qatılmaqdan imtina ediblər.
Tədbirdə Avropa İttifaqını Avropa Komissiyasının sədri Antonio Kosta və xarici siyasət rəhbəri Kaya Kallas təmsil edir.
Türkan Kərimli
10:33 10.11.2025
Oxunuş sayı: 1085