Münasibətlərin soyuması Brüsselin qərarlarından irəli gəlir- Gürcüstan XİN
Gürcüstan-Avropa İttifaqı münasibətlərinin zəifləməsinə görə məsuliyyət yalnız Brüsselin üzərindədir. Gürcüstan heç vaxt Avropa inteqrasiyası xəttindən geri çəkilməyib və bu prosesdən imtina etmək niyyətində də olmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkəsinin Avropa İttifaqı ilə münasibətlərində yaşanan gərginliklə bağlı çıxış edərək bildirib.
Boçorişvilinin sözlərinə əsasən, son illərdə münasibətlərin soyuması və əməkdaşlığın tempinin aşağı düşməsi Brüsselin qəbul etdiyi qərarlardan irəli gəlir. O, Avropa İttifaqının Gürcüstana qarşı “ədalətsiz və qeyri-obyektiv yanaşma” sərgilədiyini vurğulayıb.
Türkanə Məşədiyeva
11:15 10.11.2025
Oxunuş sayı: 1988