BBC-də Tramp qalmaqalı sonrası rəhbərlik istefa verdi
BBC və BBC News-un baş direktorları istefa verib. İddialara görə, onların istefasına səbəb 2021-ci ildə ABŞ-nin prezidenti Donald Tramp haqqında yayımlanan materiallarda manipulyasiyaya yol verilməsi və xəbər standartlarının pozulması olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin dövrdə Trampın seçki sonrası siyasi fəaliyyəti ilə bağlı hazırlanan reportaj və analitik süjetlərdə şüurlu olaraq qərəzli təqdimat, faktların təhrif edilməsi və redaksiya müdaxiləsi olduğu müəyyənləşdirilib. Hadisə sonradan daxili audit və araşdırma vasitəsilə təsdiqlənib.
BBC rəhbərliyinin istefası media sektorunda ciddi rezonans doğurub, çünki BBC uzun illərdir neytrallıq, obyektivlik və yüksək jurnalist etikası ilə bağlı qlobal nüfuza sahibdir.
Türkanə Məşədiyeva

10:41 10.11.2025
Oxunuş sayı: 1214