Qarabağ məsələsi tanınmış qüvvələrin əlində Ermənistanı “ən yaxın ağaca” bağlamaq üçün bir kəndir olub- Paşinyan
“Robert Köçəryan və Serj Sarkisyanın son günlərdəki bəyanatları bir daha təsdiqləyir ki, Qarabağ məsələsi tanınmış qüvvələrin əlində Ermənistanı “ən yaxın ağaca” bağlamaq üçün bir kəndir olub. Xalqların hüquqları, tarixi ədalət və buna bənzər anlayışlar sadəcə əsas məqsədi gizlətmək üçün bir duman pərdəsi olub".
Crossmedia.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə səhifəsində keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyana münasibət bildirib.
Danışıqların bütün prosesləri və təkliflər həmin kəndiri qısaltmaqdan (короткий поводок) ibarət olub. İl sonuna qədər danışıqlara dair sənədlər dərc ediləcək və bu, daha aydın görünəcək.
“Müharibəni dayandırmaq”la bağlı bütün təkliflər də həmin kəndiri qısaltmaq məqsədi daşıyıb (bu mövzuya dəfələrlə açıq şəkildə toxunmuşam).
Bu kəndiri qısaltmaq prosesinin son məqsədi Ermənistan dövlətçiliyinə son qoymaq olub.
Həmin ssenaridə Qarabağ münaqişəsi yalnız və yalnız Ermənistan dövlətçiliyinin itirilməsi ilə nəticələnməli idi.
Ermənistan ölənlərin həyatları bahasına, həm Ermənistanda, həm də Qarabağda yaşayan insanların tarixi instinkti sayəsində bu ssenaridən çıxa bilib.
Robert Köçəryan və Serj Sarkisyan həmin ssenariyə qayıtmağı təklif edirlər. Bu ssenari isə ilkin olaraq “Lenin, partiya, Qorbaçov” şüarı və çox güman ki, DTK (KQB) himayəsi altında yazılıb və həyata keçirilib.
Və bunların imkanları açıq-aşkar sıfır olduğundan, indi köhnə DTK-nın himayəsi altında “gənc Lenin, partiya, Qorbaçov tərəfdarları” dəstəsini formalaşdırmaq cəhdi edilir.
Gözlənilən nəticə: 0+0=0.
Qarabağda yaşamış insanlar hökumətin dəstəyi ilə Ermənistanda məskunlaşmalıdır. Doğrudur, bu, genişmiqyaslı, mürəkkəb və böyük resurslar tələb edən bir proqramdır, lakin biz onu həyata keçirməyə davam edəcəyik”, - deyə Paşinyan yazıb.
09:49 10.11.2025
Oxunuş sayı: 1432