Cənubi Kuril adalarını “xarici ölkə” adlandıran nazir tənbeh olundu
Yaponiyanın Okinava və Şimal Əraziləri üzrə naziri Hitoşi Kikavada, uzaqdan apardığı inspeksiya zamanı Cənubi Kuril adalarını “xarici ölkə” adlandırdığına görə Kabinetin Baş Katibi Minoru Kihara tərəfindən danlanıb.
Crossmedia.az bu barədə Kyodo agentliyinə istinadən xəbər verir ki, nazirin Nosappu burnundan səsləndirdiyi bu ifadə mübahisəyə səbəb olub, çünki bu, mübahisəli ərazilər üzərində Rusiyanın suverenliyinin tanınması kimi yozula bilər.
Bu səbəbdən, Yaponiyanın hökumətdə ikinci ən yüksək vəzifəli rəsmisi tərəfindən rəsmi tənbeh verilib.
Türkanə Məşədiyeva
09:56 10.11.2025
Oxunuş sayı: 1625