İsrail Livana 5163-cü zərbəni endirib
İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 2024-cü ilin noyabr ayının sonlarında atəşkəs sazişi imzalandığından bəri 300-ü keçib. Bu barədə Livanın səhiyyə naziri Rakan Nassereddin məlumat verib.
Crossmedia.az xəbər verir ki, onun X platformasında paylaşdığı məlumata görə, 27 noyabr 2024-cü ildən etibarən İsrail atəşkəsi 5 163 dəfə pozub, nəticədə 309 nəfər həlak olub, 598 nəfər isə yaralanıb.
09:18 10.11.2025
Oxunuş sayı: 1230