“Paşinyan ardıcıl şəkildə 9-cu bəndin icrasından imtina edirdi” - Köçəryan
“Heç bir müxalifətçi demirdi ki, 9 noyabr (10 noyabr-red.) sənədi ləğv olunmalıdır. Hamımız anlayırdıq ki, bu sənəd problemli sənəddir, müharibədə məğlubiyyəti təsdiqləyir, amma hamı başa düşürdü ki, bu sənəd Qarabağı saxlamaq üçün bir imkandır”.
Crossmedia.az xəbər verir ki, bu barədə bu gün TV5-ə verdiyi müsahibədə Ermənistanın ikinci prezidenti Robert Köçəryan bildirib.
Onun sözlərinə görə, o zaman bu sənəddən yapışmaq, onu həyata keçirmək üçün hər şeyi etmək lazım idi.
“İndi isə onun tam şəkildə qüvvədə olub-olmadığını demək... Siz həmin sənədin 9-cu bəndinə baxın, o bənd maneəsiz yol haqqında danışır və onu Vaşinqtonda imzalanmış sənədin oxşar bəndi ilə müqayisə edin. Məzmun baxımından eynidir, sadəcə fərq ondadır ki, o vaxt Qarabağ var idi, Laçın yolu var idi və həmin 9-cu bənd Laçınla simmetriya yaratmaq baxımından daxil edilmişdi.
O vaxt həmin bənddən yapışmaq, yolun funksional fəaliyyətini təmin etmək lazım idi, onu dəhliz kimi təhvil vermək yox. O zaman dəhliz məntiqi ümumiyyətlə yox idi, Nikol Paşinyan ardıcıl şəkildə həmin bəndin icrasından imtina edirdi. Bu imtina isə Laçın yolunun bağlanmasına gətirib çıxardı və nəticədə Qarabağın itkisi ilə başa çatdı. Bunlar faktlardı”, - deyə Köçəryan qeyd edib.
Köçəryan bildirib ki, bu gün isə eyni yanaşma misilsiz qərar kimi təqdim olunur.
“Bəs bu müddət ərzində nə dəyişdi? Qarabağ yoxdur, Laçın yolu daə yoxdur”, - deyə sabiq erməni prezident vurğulayıb.
23:14 09.11.2025
Oxunuş sayı: 1463