Qırğızıstanın ABŞ-a İT ixracı 45 dəfə artıb
Qırğızıstanın informasiya texnologiyaları (İT) sahəsindəki inkişafı beynəlxalq miqyasda da öz təsirini göstərməyə başlayıb. Rəqəmsal xidmətlərin ixracında xüsusilə ABŞ-a yönələn ticarət həcminin artması ölkənin yeni iqtisadi istiqamətlərdə sürətli irəliləyişini nümayiş etdirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Vaşinqtonda keçirilən “Mərkəzi Asiya – ABŞ” (“C5+1”) sammitində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə Qırğızıstan İT mütəxəssisləri 63-dən çox ölkəyə ümumilikdə 130 milyon dollar dəyərində xidmət ixrac ediblər. Bu göstəricinin 40 faizi ABŞ bazarına düşür.
Prezident qeyd edib ki, bu sahədə xüsusilə Silikon vadisində fəaliyyət göstərən qırğız şirkətləri fəallığı ilə seçilirlər. O, bu dinamikanın Qırğızıstanın qlobal rəqəmsal bazara inteqrasiyası baxımından mühüm addım olduğunu vurğulayıb.
Türkan Kərimli
22:07 09.11.2025
Oxunuş sayı: 1805