Əhməd əl-Şəra: Sanksiyaların tam ləğvinə yaxınıq
Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şəra Qərb sanksiyalarının tam şəkildə ləğv edilməsi üçün səyləri davam etdirəcəyini bildirib.
“Biz ədalətsiz sanksiyalara qarşı mübarizənin son mərhələsinə daxil olmuşuq və bu, onların tam aradan qaldırılması ilə nəticələnəcək,” – deyə o vurğulayıb. Əl-Şəra qeyd edib ki, bu addım digər ölkələrlə əməkdaşlığın qurulması, sabitlik və iqtisadi bərpanın təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Crossmedia.az Al Nahar qəzetinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, hazırda ABŞ-də səfərdə olan Əhməd əl-Şəra bu fikirləri Şimali Amerikada yaşayan suriyalı icma nümayəndələri ilə görüş zamanı səsləndirib:
“Sizin ölkənin bərpasında, digər Suriya övladları ilə birlikdə iştirak etmək üçün unikal imkanınız var”.
Günel Verdiyeva
21:44 09.11.2025
Oxunuş sayı: 1753