Alp və Qafqaz buzlaqları yox olmaq təhlükəsində- qlobal istiləşmənin ağır nəticələri
2100-cü ilə qədər Alp və Qafqaz dağlarında yerləşən buzlaqların tamamilə yox olma təhlükəsi var. Alimlərin sözlərinə görə, qlobal iqlim dəyişikliyi prosesi davam etsə, bu bölgələrdə əsrlər boyu formalaşan və minilliklər ərzində təbiətin tarazlığını qoruyan buz örtüyü tədricən əriməyə davam edəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, son 20 ildə Yer kürəsi 6 000 km³-dən çox buz kütləsini itirib. Bu, planetdəki bütün buz ehtiyatlarının təxminən 5%-i deməkdir.
Buzlaqların sürətlə əriməsi yalnız dağ mənzərəsini dəyişmir, həm də su ehtiyatlarına ciddi təsir göstərir. Çünki yüzlərlə çay məhz bu buzlaqlardan doğur və milyonlarla insanın su təchizatı onlardan asılıdır.
Əgər temperatur artımı indiki templə davam edərsə, yaxın əsrdə dünya okeanlarının səviyyəsinin təxminən 1 metr yüksələcəyi proqnozlaşdırılır. Bu isə sahilyanı şəhərlərin, kənd təsərrüfatı torpaqlarının və ekosistemlərin ciddi təhlükə ilə üzləşməsi deməkdir.
Türkanə Məşədiyeva
21:20 09.11.2025
Oxunuş sayı: 1334