Ancelina Coli Ukraynada Rusiya dronlarından gizləndiyini bildirib
Hollivud ulduzu Ancelina Coli Ukraynaya səfəri zamanı real döyüş təhlükəsinin içində qaldığını deyib. O, kənd və şəhərlərə humanitar vəziyyəti araşdırmaq üçün səfəri zamanı Rusiya dronlarından gizlənməyə məcbur olduğunu bildirib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
“Göydə vızıldayan səslər eşidirsiniz — burada bunu ‘insan safari’ adlandırırlar”, — deyə Ancelina Coli Instagram hesabında yazıb.
Coli Xerson və Nikolayev şəhərlərini ziyarət edib. O bildirib ki, həmin bölgələrdə məktəblər və xəstəxanalar sığınacaqlara köçürülüb.
Aktrisa həmçinin diqqəti yalnız Ukraynaya deyil, Sudan və Qəzza kimi digər münaqişə zonalarında da ağır humanitar vəziyyətə yönəldib. Onun sözlərinə görə, dünyada milyonlarla insan zorakılıq, aclıq və məcburi köçkünlük içində yaşayır və beynəlxalq ictimaiyyətin humanitar dəstək öhdəliyi artmalıdır.
Türkanə Məşədiyeva
18:05 09.11.2025
Oxunuş sayı: 1513