KİV: Ukrayna bir il ərzində 52 milyard dollar xarici maliyyə yardımı alıb
Ukrayna 2024-cü il noyabrın birindən 2025-ci il oktyabrın 31-nə qədər xarici maliyyə yardımı kimi təxminən 52 milyard ABŞ dolları alıb.
Bu barədə Crossmedia.az TASS-a istinadən xəbər verir.
Mənbənin bildirdiyinə görə, bu məbləğin 22,9 milyard dolları Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan faizlər hesabına formalaşıb. Avropa İttifaqı və G7 ölkələri bu yardımdan ən böyük payı alıblar, lakin bəzi maliyyə boşluqları hələ də mövcuddur.
Bundan əlavə, Ukraynanın daxili bazardan borclanma həcmində artım müşahidə olunub. Son 12 ay ərzində ölkə təxminən 2,9 milyard dollar daxili borc götürüb.
Ukrayna hökuməti bu maliyyə resurslarından istifadə edərək iqtisadiyyatın sabitliyini qorumağa və ölkənin müdafiə ehtiyaclarını dəstəkləməyə çalışır.
Mehriban İbrahimli
13:56 09.11.2025
Oxunuş sayı: 1391