Genetiklər: 20 ildən sonra Moskva əhalisinin yalnız beşdə biri slavyan olacaq
Moskvanın gələcək illərdə etnik tərkibində ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir. Mütəxəssislər hesab edirlər ki, demoqrafik meyillər, doğum göstəricilərindəki fərqlər və miqrasiya prosesi nəticəsində şəhərdə slavyan əhalinin payı sürətlə azalacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Genetiklərin proqnozlarına görə, yaxın 20 il ərzində Moskva əhalisinin etnik tərkibində ciddi dəyişiklik baş verəcək və slavyanlar şəhər sakinlərinin cəmi 20 faizini təşkil edəcək. Mütəxəssislərin fikrincə, son onilliklərdə çoxuşaqlı rus ailələrinin sayı kəskin azalıb, halbuki MDB və Mərkəzi Asiya ölkələrində doğum səviyyəsi yüksək olaraq qalır. Həmin ailələrin bir çoxu sonradan Rusiyanın paytaxtına köç edir.
Günel Verdiyeva
19:08 08.11.2025
Oxunuş sayı: 1390