Hazırkı vəziyyət İkinci Dünya Müharibəsi ərəfəsinə bənzəyir - ABŞ müdafiə naziri
ABŞ müdafiə naziri Pit Hegset çıxışı zamanı dünya siyasətində baş verən proseslərə diqqət çəkərək bildirib ki, hazırkı beynəlxalq vəziyyət bir çox məqamları ilə İkinci Dünya Müharibəsi ərəfəsini xatırladır. Hegset vurğulayıb ki, “düşmən qüvvələr birləşir, yeni ittifaqlar formalaşır və mövcud təhlükələr getdikcə böyüyür”.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Pit Hegset xüsusilə böyük dövlətlər arasındakı siyasi və hərbi qarşıdurmaların güclənməsini, həmçinin regional münaqişələrin tez-tez kəskin fazaya keçməsini narahatlıq doğuran əsas amillər kimi göstərib.
Nazirin fikrincə, 1939-cu ildə – İkinci Dünya Müharibəsi başlamazdan əvvəl və 1981-ci ildə – soyuq müharibənin ən gərgin çağlarında olduğu kimi, bu gün də bəşəriyyət “təxirəsalınmaz qərarlar tələb edən tarixi məqam” yaşayır.
Türkanə Məşədiyeva
19:02 08.11.2025
Oxunuş sayı: 1233