İranın İsrail səfirinə qarşı sui-qəsd planı Meksikada ifşa edilib
İranın İsrail səfirinə qarşı sui-qəsd planlaşdırdığı iddia edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ və İsrailin adları açıqlanmayan rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, sui-qəsd planı İranın İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələri tərəfindən hazırlanıb. Planın həyata keçirilməsinə 2024-cü ilin sonunda başlanılıb və 2025-ci ilin birinci yarısında davam etdirilib.
Mənbənin məlumatına əsasən, sui-qəsdin hədəfi İsrailin Meksikadakı səfiri Eynat Krants-Nayger olub.
“Axios” yazır ki, Meksika xüsusi xidmət orqanları ötən yay bu planı zərərsizləşdirib.
Türkan Kərimli
13:00 08.11.2025
Oxunuş sayı: 1514