Kobaxidze: Aİ Rusiya bazarını itirdiyi üçün Gürcüstana ehtiyac duyur
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Avropa İttifaqı Rusiya bazarını itirdiyinə görə yeni iqtisadi tərəfdaşlara ehtiyac duyur və bu baxımdan Gürcüstanın körpü rolu xüsusi əhəmiyyət daşıyır.
Crossmedia.az Gürcüstan mediasına istinadən xəbər verir.
“Avropa İttifaqı ucuz təbii resurslara çıxışını da itirib. Belə bir şəraitdə Aİ Şərqlə, Asiya bazarı ilə iqtisadi əməkdaşlığı genişləndirməyə çalışmalıdır. Bu istiqamətdə Gürcüstan Aİ üçün çox mühüm rol oynaya bilər”, – deyə o qeyd edib.
Günel Verdiyeva
10:15 08.11.2025
Oxunuş sayı: 1230