Zelenski: Pokrovskun ələ keçirilməsi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təxirə sala bilər
Rusiya ordusunun Pokrovsku ələ keçirməsi Qərbin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsini gecikdirə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Dövlət başçısının sözlərinə görə, Kreml döyüş meydanında müəyyən uğurlar göstərməklə Qərb ölkələrinə təzyiq etmək və Ukrayna qüvvələrinin Donbasdan geri çəkilməsinə nail olmaq niyyətindədir.
Baş Qərargah rəisi Andrey Qnatov isə qeyd edib ki, əməliyyatla bağlı bütün qərarlar hərbi komandanlıq tərəfindən qəbul ediləcək və uyğun vaxtda ictimaiyyətə açıqlanacaq. Onun sözlərinə görə, artıq məlumatların paylaşılması döyüşçülərin fəaliyyətinə maneə yarada bilər.
Fidan Quliyeva
23:16 07.11.2025
Oxunuş sayı: 1887