Rusiyanın beynəlxalq ehtiyatları azalıb
Rusiya Bankının məlumatına görə, ölkənin beynəlxalq ehtiyatları 31 oktyabr 2025-ci il tarixinə 725,8 milyard dollar təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Bu göstərici bir həftə ərzində 5,4 milyard dollar azalma deməkdir.
Oktyabrın 24-nə olan məlumata əsasən, ehtiyatların həcmi 731,2 milyard dollar idi.
Mərkəzi Bank azalmanı əsasən valyuta və qızıl ehtiyatlarındakı dəyişikliklərlə əlaqələndirir.
Xumar Emilqızı
23:06 07.11.2025
Oxunuş sayı: 1410