Maduro: ABŞ amnistiya və təhlükəsizlik zəmanəti versə, istefa verməyə hazıram
Venesuela prezidenti Nikolas Maduro istefa verməyə hazır olduğunu bəyan edib.
Crossmedia.az bu barədə The Atlantic nəşrinə istinadən xəbər verir.
O, bunun üçün ABŞ-ın ona amnistiya, təhlükəsizlik zəmanəti və rahat sürgün təmin etməsini, həmçinin ələ keçirilməsinə görə qoyulan mükafatı geri götürməsini tələb edib.
Bu bəyanat Venesuelada siyasi gərginliyin artdığı bir dövrdə səslənib.
Səriyyə Tağıyeva
20:57 07.11.2025
Oxunuş sayı: 1039