Qrossi: İranın zənginləşdirilmiş uranı bir neçə nüvə silahı üçün kifayətdir
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi France 24-ə müsahibəsində bildirib ki, İsrail və ABŞ-ın hücumlarına baxmayaraq, İran hələ də bir neçə nüvə silahı istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qrossi qeyd edib ki, Nətənz, İsfahan və Fordo obyektlərinə zərbələr İranın nüvə proqramını zəiflətsə də, Tehran prosesi tamamlamaq üçün cəmi bir ilə ehtiyac duya bilər.
Səriyyə Tağıyeva
20:47 07.11.2025
Oxunuş sayı: 651