Fransa Prezidenti Makronun iki müddətlik fəaliyyəti uğursuz hesab olunur
Odoxa ictimai rəy sorğusunun nəticələrinə görə, fransızların böyük əksəriyyəti Emmanuel Makronun iki prezidentlik dövrünü uğursuz hesab edir və 2027-ci ildə səlahiyyət müddəti başa çatdıqdan sonra onun siyasi həyatına davam etməsini istəmir.
Bu barədə, Crossmedia.az Fransanın "Le Figaro" qəzetinə istinadən xəbər verir.
Sorğu noyabrın 5-6-da, 18 yaşdan yuxarı 1000 fransız arasında aparılıb.
Respondentlərin 89%-i Makronun siyasətini “uğursuz” adlandırıb. Onların arasında 2017 və 2022-ci il prezident seçkilərində Makrona səs vermiş seçicilərin 77%-i də var. Sorğunun nəticələrinə görə, onun qərarları ən çox alıcılıq qabiliyyətinə (88%), pensiya sisteminə (86%), miqrasiya məsələlərinə (85%) və əmək bazarına (73%) mənfi təsir göstərib.
Eyni zamanda, respondentlərin 86%-i hesab edir ki, prezident əhəmiyyətli siyasi irs qoymayacaq və onun yaratdığı “düşüncə məktəbi” prezidentlik müddətinin sonunda yoxa çıxacaq.
Pərvin Hacıyeva
22:33 07.11.2025
Oxunuş sayı: 1002