Ermənistan hakimiyyəti Pelosiyə lobbiçilik fəaliyyətinə görə təşəkkür etdi
Ermənistanın Milli Məclisinin sədri ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelosini “ABŞ-Ermənistan münasibətlərinin gücləndirilməsində göstərdiyi xüsusi roluna” görə təşəkkür edib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Rəsmi müraciətdə qeyd olunur ki, Pelosinin 2022-ci ildə İrəvana səfəri ölkə üçün mühüm siyasi hadisə hesab olunur və Ermənistanın suverenliyi ilə demokratiyasına dəstəyin rəmzi kimi dəyərləndirilir.
ABŞ-nin prezidenti Donald Tramp Pelosini sərt tənqid edərək onu “pis və korrupsiyalaşmış qadın” adlandırıb. Tramp bildirib ki, Pelosinin siyasətdən getməsi “Amerika üçün yaxşı xəbərdir”.
Mehriban İbrahimli
16:57 07.11.2025
Oxunuş sayı: 1504