Rusiya XİN-ə nüvə təhlükəsizliyi ilə bağlı tapşırıqlar verilib
Rusiya Xarici İşlər Nazirliyi ölkə rəhbərliyindən nüvə təhlükəsizliyi məsələləri ilə bağlı yeni tapşırıqlar alıb.
Bu barədə Crossmedia.az XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın verdiyi məlumata istinadən xəbər verib.
Onun sözlərinə görə, tapşırıqlar Rusiya Təhlükəsizlik Şurasının nüvə təhlükəsizliyi ilə bağlı keçirilmiş iclasından sonra verilib və Nazirlik artıq onların icrasına başlayıb. Zaxarova tapşırıqların detalları barədə məlumat verməyib.
Son günlər Rusiya rəsmiləri beynəlxalq nüvə təhlükəsizliyi və strateji sabitlik mövzularını tez-tez gündəmə gətirir.
Mehriban İbrahimli
15:22 07.11.2025
Oxunuş sayı: 1643