Putin Lavrovla sərt danışıq aparıb
Rusiya Xarici işlər naziri Sergey Lavrov 5 noyabrda keçirilən Təhlükəsizlik Şurasının iclasında iştirak etməyən yeganə daimi üzv olub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Kreml onun yoxluğunu “əvvəlcədən razılaşdırılmış səbəblə” izah etsə də, bu hal son vaxtlar baş verən digər mühüm vəzifə dəyişiklikləri ilə eyni vaxta təsadüf edib.
Prezident Vladimir Putinin qərarına əsasən, Rusiya nümayəndə heyətlərinə əvvəllər Lavrovun rəhbərlik etdiyi G20 və ASEAN sammitlərində indi Maksim Oreşkin və Aleksey Overçuk başçılıq edir.
Mənbələr bu dəyişiklikləri Budapeştdə planlaşdırılan, lakin baş tutmayan Putin–Donald Tramp görüşü ilə əlaqələndirir. Qərb mediasının məlumatına görə, həmin görüş ABŞ dövlət katibi Marko Rubiolla Lavrov arasında uğursuz keçən danışıqlardan sonra ləğv olunub. Vaşinqtonda bu hadisə Moskvanın dialoqa hazır olmadığı kimi qiymətləndirilib.
Kremlə yaxın teleqram kanallarının yazdığına görə, Putin Lavrovla kəskin tonda söhbət aparıb və hazırda xarici işlər naziri ilə bağlı xidməti yoxlama aparıldığı iddia olunur.
Xumar Emilqızı
15:00 07.11.2025
Oxunuş sayı: 1289