Hannibal azadlığa buraxıldı
Livanda hakimiyyət orqanları sabiq Liviya liderinin oğlu Hannibal Qəddafini həbsdən azad ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Qeyd edək ki, The Libya Observer və Libya Review nəşrlərinin məlumatına görə, onun ölkəyə girişinə qoyulan qadağa ləğv edilib və 11 milyon dollarlıq girov qərarı qüvvədən düşüb.
Hənnibal Qəddafinin azadlığa buraxılması diplomatik səylərin nəticəsi kimi qiymətləndirilir və bu addım Liviya nümayəndə heyətinin Beyruta səfərindən qısa müddət sonra atılıb.
Qəddafi 2015-ci ildən bəri 1978-ci ildə şiə imamı Musa əs-Sədrin itkin düşməsi ilə bağlı cinayət işi çərçivəsində həbsdə saxlanılırdı.
Xumar Emilqızı
14:55 07.11.2025
Oxunuş sayı: 1415