OpenAI-yə qarşı intihara təhrik iddiaları ilə bağlı məhkəmə iddiaları qaldırılıb
OpenAI şirkətinə qarşı yeddi məhkəmə iddiası irəli sürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə The Wall Street Journal yazıb.
İddiaçılar arasında dörd nəfər intihar etmiş şəxsin ailə üzvləri və süni intellektlə ünsiyyətdən sonra psixoloji travma yaşadığını bildirən üç nəfər var.
İddiaçılardan bir ailə qeyd edir ki, onların oğlu ChatGPT ilə dörd saatlıq söhbət zamanı dəfələrlə intihara təşviqedici ifadələrlə qarşılaşıb. Süni intellekt yalnız bir dəfə yardım xəttindən bəhs edib, bundan qısa müddət sonra isə gənc özünə qəsd edib.
Xumar Emilqızı
14:51 07.11.2025
Oxunuş sayı: 1600