Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Krımda “Qvardeyskaya” neft bazasına pilotsuz zərbə endirib
Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri müvəqqəti işğal olunmuş Krım ərazisində yerləşən “Qvardeyskaya” neft bazasının pilotsuz uçuş aparatı (PUA) ilə vurulması anlarını əks etdirən görüntüləri yayımlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “UNIAN” agentliyi məlumat yayıb.
Məlumata əsasən, noyabrın 6-na keçən gecə həyata keçirilən hücum nəticəsində RVS-400 tipli yanacaq çəni zərbə anında dolu vəziyyətdə olub. Həmin ərazidə, həmçinin neft məhsulları ilə yüklənmiş iki rus qatarı da boşaltma-doldurma estakadasında hədəfə alınıb.
Bundan başqa, Simferopol və onun ətraflarında bir neçə neft bazası və yanacaq-sürtkü materialları anbarları da vurulub. Hücum nəticəsində rezervuar parkına aid obyektlər məhv edilib, çoxsaylı yanğınlar qeydə alınıb.
Fidan Quliyeva
13:25 07.11.2025
Oxunuş sayı: 1535