Rusiyada SIM kartlar üçün 24 saatlıq “soyuma dövrü” tətbiq ediləcək
Rusiyada mobil rabitə operatorları üçün yeni qaydanın tətbiqi gözlənilir. Yeni qaydaya əsasən, əgər SIM kart rouminqdən istifadə edibsə və ya 72 saatdan artıq müddətdə aktiv olmayıbsa, həmin nömrə üzrə mobil internet və SMS xidmətləri 24 saatlıq bloklanacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu təşəbbüs hazırda telekommunikasiya bazarında bütün Rusiya operatorları üçün müzakirə edilir. Mənbələr qeyd edir ki, “soyuma dövrü” adlanan bu mexanizm yaxın vaxtlarda qüvvəyə minə bilər.
Ekspertlər bildirirlər ki, yeni qaydanın məqsədi təhlükəsizlik tədbirlərini gücləndirmək və SIM kartların qanunsuz istifadəsinin qarşısını almaqdır.
Sevinc Yarməmmədova
11:39 07.11.2025
Oxunuş sayı: 1512