Kreml ABŞ-da keçirilən “C5+1” sammitinə münasibət bildirdi
Kremlin sözçüsü Dmitri Peskov ABŞ-da baş tutan “C5+1” formatlı sammiti şərh edib.
Peskov bildirib ki, Mərkəzi Asiya ölkələrinin sammitdə iştirakı onların suveren qərarıdır və hər bir dövlətin xarici siyasətini müstəqil şəkildə qurmaq hüququ var.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. Kremlin nümayəndəsi eyni zamanda qeyd edib ki, Rusiyanın da Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq üçün öz platforması - “Rusiya-Mərkəzi Asiya” formatı mövcuddur.
Peskov əlavə edib ki, Moskva ilə region ölkələri arasında “inkişaf etmiş inteqrasiya prosesləri” mövcuddur və bu əlaqələr qarşılıqlı faydalı əsasda davam edir.
Sevinc Yarməmmədova
11:38 07.11.2025
Oxunuş sayı: 1157