Pakistanın Baş naziri Azərbaycana səfər edəcək
Pakistanın Baş naziri Şahbaz Şərif 7–8 noyabr tarixlərində rəsmi səfərlə Azərbaycana gələcək. Səfər çərçivəsində o, Qələbənin beşinci ildönümünə həsr olunmuş paradda iştirak edəcək və Prezident İlham Əliyevlə görüşəcək.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Görüş zamanı ticarət, investisiya, energetika, müdafiə və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Fidan Quliyeva
11:37 07.11.2025
Oxunuş sayı: 1194