ABŞ və Özbəkistandan 35 milyard dollarlıq saziş
ABŞ və Özbəkistan arasında 35 milyard dollarlıq iqtisadi saziş imzalanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
Məlumata görə, Özbəkistan yaxın üç il ərzində ABŞ iqtisadiyyatına təxminən 35 milyard dollar, on il ərzində isə 100 milyard dollardan artıq sərmayə yatıracaq.
Vəsaitin əsas hissəsi aviasiya, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrinə yönəldiləcək.
Tramp bildirib ki, bu razılaşma iki ölkə arasında iqtisadi münasibətlərdə yeni mərhələnin başlanğıcı olacaq.
Türkan Kərimli
11:33 07.11.2025
Oxunuş sayı: 1147