Gunvor "Lukoil"in xarici aktivlərini almaqdan imtina edib – şirkətin səhmləri düşüb
"Lukoil"in səhmləri səhər ticarəti zamanı 4,2% ucuzlaşıb. Bu, Gunvor şirkətinin "Lukoil"in xaricdəki aktivlərini almaq təklifini geri çəkməsindən sonra baş verib.
Crossmedia.az bildirir ki, ABŞ Maliyyə Nazirliyi Gunvor şirkətinə Ukraynadakı münaqişə bitənədək biznes fəaliyyəti üçün lisenziya vermək niyyətində olmadığını açıqlayıb. Nazirlik Gunvoru Rusiyanın nəzarətində olan şirkət adlandırıb.
Qeyd edək ki, bu bəyanatdan sonra Gunvor sözügedən sövdələşmədən imtina edib.
11:23 07.11.2025
Oxunuş sayı: 1245