Vatikan rəhbəri XIV Lev Fələstin prezidenti Abbasla görüşüb
Vatikan rəhbəri XIV Lev Fələstin prezidenti Mahmud Abbasla görüş keçirib.
Crossmedia.az xəbər verir ki, görüş zamanı tərəflər Qəzzada humanitar vəziyyətin ağır olduğunu vurğulayıb və mülki əhaliyə təcili yardımın çatdırılmasının vacibliyini qeyd ediblər.
Söhbət zamanı həmçinin münaqişənin iki dövlətin dinc yanaşı mövcudluğu prinsipi əsasında həll edilməsinin zəruriliyi vurğulanıb.
11:13 07.11.2025
Oxunuş sayı: 1173