Qaziantep lahmacunu Aİ tərəfindən rəsmən tanındı
Avropa İttifaqının qərarına əsasən, Qaziantep lahmacunu artıq rəsmi şəkildə coğrafi göstərici ilə qorunan məhsullar siyahısına daxil edilib. Bu, o deməkdir ki, həmin məhsulun adı yalnız müəyyən edilən ərazidə, yəni Qaziantepdə ənənəvi resept və yerli məhsullar əsasında hazırlanarsa, “Qaziantep lahmacunu” adlandırıla bilər.
Crossmedia.az xəbər verir ki, lahmacun şəhərin Avropa İttifaqında coğrafi göstərici ilə tanınan beşinci qastronomik məhsuludur.
Ondan əvvəl Antep pistası, Antep paxlavası, Antep biberi və Antep katmeri də oxşar status əldə etmişdi. Bu addım Qaziantepin zəngin kulinariya irsinin beynəlxalq səviyyədə tanıdılması və qorunması baxımından mühüm hesab edilir.
Türkanə Məşədiyeva
23:32 06.11.2025
Oxunuş sayı: 1090