Neft marşrutu dəyişdi: “Lukoyl” Mahaçqalaya keçir
“Lukoyl” şirkəti sanksiyalar fonunda Xəzər dənizindəki yataqlardan hasil olunan neftin Azərbaycandakı Bakı limanı vasitəsilə daşınmasından imtina edib. Bunun əvəzinə şirkət neft axınını Rusiya ərazisində yerləşən Mahaçqala limanına yönləndirəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, neftdən tranzit kimi istifadə olunacaq və daha sonra Novorossiysk limanı vasitəsilə xarici bazarlara ixrac ediləcək.
Məlumata görə, qərarın əsas səbəbi beynəlxalq sanksiyaların şirkətin logistik zəncirinə təsir etməsi və nəqliyyat marşrutlarının dəyişdirilməsi zərurəti ilə bağlıdır. Bu addım həm tədarük marşrutuna, həm də regiondakı enerji ticarətinin həcminə müəyyən təsir göstərə bilər.
Türkanə Məşədiyeva
20:16 06.11.2025
Oxunuş sayı: 1421